Azərbaycan Milli Məclisinin sədri bəzi televiziyaların parlamenti biabırçı durumda təqdim etməsindən narazılığını bildirib.
APA-nın məlumatına görə, parlamentin bugünkü iclasında O. Əsədov qeyd edib ki, bəzi mətbuat, xüsusilə TV var ki, Milli Məclisi rüsvay edir.
O buna görə deputatları da qınayıb: “Aranızda eləsi var ki, gedib müsahibə verirsiniz elə televiziyaya. Niyə? Getməyin də...”
O. Əsədov mətbuata mesaj da yollayıb: “Çox təəssüf ki, Azərbaycan mətbuatında ürəkaçan heç nə görmürəm. Hərdən xəcalət çəkirəm. Öz özümə deyirəm: Görəsən bu mənim millətimdir?”
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !