APA-nın verdiyi məlumata görə, bu barədə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu bildirib.Rusiya paytaxtında keçirilən 28 May Respublika Gününə həsr olunmuş təntənəli mərasimdə çıxış edən səfir iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu söyləyib: "İki ölkənin nazirlikləri və parlamentləri arasında intensiv əlaqələr davam etdirilir. İyun ayı ərzində ölkələrimiz arasında bir neçə əhəmiyyətli və yüksək səviyyədə tədbirlərin keçirilməsi nəzərdə tutulub.Bunlardan ən önəmlisi Qəbələdə keçiriləcək Azərbaycan-Rusiya Regionlararası forumudur. Forumda hər iki ölkənin rəsmi şəxsləri, ictimaiyyət nümayəndələri və biznes dairələri iştirak edəcəklər. Bundan başqa iyun ayında Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun Rusiyaya səfəri də planlaşdırılıb”.ANN.Az