Oqtay Gülalıyev hələ də komadadır

21:00 | 04.11.2019
"Oqtay Gülalıyevin hazırkı vəziyyətində nə geriləmə var, nə də irəliləyiş. O, hələ də komadadır”.

Bu açıqlamanı  Gununsesi.org-a  Oqtay Gülalıyevin həyat yoldaşı Firuzə Gülalıyeva verib.
Firuzə Gülalıyevanın bildirdiyinə görə, o, noyabrın 3-də həkim Arif Xasıyevlə danışıb:
"Arif həkim dedi ki, əllərindən gələni edirlər, hələlik, xüsusi dəyişiklik yoxdur, Oqtay bəy komadadır”.

Qeyd edək ki, oktyabrın 29-da axşam saatlarında hüquq müdafiəçisi Oqtay Gülalıyevi avtomobil vurub.
Şahidlərin sözlərinə və sosial şəbəkələrdə yayılan video görüntülərə görə, hadisə Gülalıyev piyadalar üçün nəzərdə tutulan keçiddən keçərkən baş verib. Məlumatlara görə, qəza baş verəndən sonra avtomobil sürücüsü özü Oktay Gülalıyevi xəstəxanaya çatdırıb.

Oktay Gülalıyev əvvəlcə 1 saylı Təcili Tibbi Yardım Mərkəzinə yerləşdirilib. Sonradan "City Hospital”a köçürülüb və oktyabrın 30-da orada əməliyyat olunub. Daha sonra isə yaxınları onu Neyrocərrahiyyə Klinikasına aparıblar.

www.anews.az
loading...