Oqtay Gülalıyevdən xəbər var

16:55 | 20.11.2019
Oqtay Gülalıyevdən xəbər var

Oqtay Gülalıyevdən xəbər var

Avtomobil qəzasından sonra müalicə üçün Türkiyəyə aparılan və ötən gün yeni xəstəxanaya köçürülən hüquq müdafiəçisi Oqtay Gülalıyev növbəti dəfə əməliyyat olunub. 

Bunu Cebhe.info-ya Oqtay Gülalıyevin oğlu Təbriz Gülalıyev bildirib. Qeyd edək ki, Türkiyənin "Avrasiya” xəstəxanasında 14 gündür müalicə alan hüquq müdafiəçisi ötən gün İstanbuldakı "Amerika Xəstəxanası”na ("Amerika Hastanesi”) köçürülüb. Təbriz Gülalıyevin sözlərinə görə, yeni xəstəxanada əməliyyat uğurlu keçib: "Atamın baş nahiyyəsindəki odəmlər təmizlənib və yenidən odəm yaranarsa, təmizlənməsi üçün "trupka” qoyulub”. Qeyd edək ki, Oqtay Gülalıyev noyabrın 6-da Bakıdan AZAL-ın xüsusi ambulans təyyarəsi ilə Türkiyəyə aparılıb və Avrasiya Xəstəxanasına yerləşdirilib. Hüquq müdafiəçisi oktyabrın 29-da avtomobil vurması nəticəsində ağır kəllə-beyin travması alıb. Həkimlər beyinə qansızma diaqnozu qoyublar. Oktyabrın 30-da beyindən gematomanın çıxarılması üzrə əməliyyat olunub. 

Həkimlərin proqnozlarına görə, nəticə müsbət olsa, bir neçə həftə sonra hüquq müdafiəçisi komadan çıxa bilər və bundan sonra aylarla reabilitasiya kursu keçməlidir. Noyabrın 5-də birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu hüquq müdafiəçisinin müalicəsi ilə bağlı məsələlərin həllini öz üzərinə götürüb. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb