Səhiyyə naziri Oqtay Şirəliyev vəzifəsindən azad olunacaq.
Xəbərə görə, dünən Prezident Administrasiyasına çağrılan nazir bu gündən etibarən məzuniyyətə çıxıb. Oqtay Şirəliyevin ilk məzuniyyət günü iş otağındakı şəxsi əşyalarının daşınması da diqqəti çəkib.
Qeyd edək ki, yeni baş nazir təyinatından sonra Gununsesi.org bəzi hökumət üzvlərinin də yola salınacağını yazmışdı.
Məsələ ilə bağlı Anews.az-a cavab verən Səhiyyə Nazirliyinin mətbuat xidməti məzuniyyətlə bağlı xəbəri nə təkzib nə də təsdiq etmədi. Bircə məlumat olaraq onu bildiridi ki, hər hansı bir nazir vəzifəsindən azad olunanda bu barədə rəsmi sərəncam imzalanır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !