“Ordu sıralarına sağlam gənclərin qəbul olunmasını istəyirik”

15:09 | 13.02.2014
“Ordu sıralarına sağlam gənclərin qəbul olunmasını istəyirik”

“Ordu sıralarına sağlam gənclərin qəbul olunmasını istəyirik”

“Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilk növbədə maraqlıdır ki, ordu sıralarına sağlam gənclər göndərilsin, orduya qəbul olunan əsgərlər tam sağlam olsunlar”.APA-nın xəbərinə görə, bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov deyib. Xidmət rəisi qeyd edib ki, bir sıra gənclər ilkin həkim komissiyasından keçərkən öz xəstəlikləri barədə məlumatları gizlədirlər: “Bu da onların ordu sıralarında xidmət etmək istəyindən irəli gəlir. Onlar bəzən xəstəlikləri barədə ona görə məlumat vermirlər ki, hərbi xidməti çəkib, sonradan hüquq-mühafizə orqanlarında, digər qurumlarda işə düzəlsinlər”. Arzu Rəhimov deyib ki, tək Müdafiə Nazirliyində deyil, digər qoşun növlərində də çağırışçılar qəbul olunduqdan sonra həkim komissiyalarından keçirlər: “Bütün qoşun növlərində bizimlə birgə tədbirlər davam etdirilir. Onların yoxlanması üçün daha dərindən yoxlamalar aparılır. O çağırışçılarda ki, xəstəlik aşkarlanır, onlar geri qaytarılırlar. Təhvil alınmış həmin şəxslər bir daha həkim komissiyalarına cəlb olunurlar. Yoxlandıqdan sonra onlarda aşkar olunan xəstəliyin müalicəsi üçün müvafiq tədbirlər həyata keçirilir və növbəti çağırışda əgər o çağırışçı xidmətə yararlıdırsa, onlar yenidən hərbi xidmətə cəlb olunur. Əgər yararlı deyillərsə, yenidən onlara möhlət verilir. Büstün hallarda qanunvericiliyin tələblərinə çox ciddi şəkildə riayət edilir”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM