"N" saylı hərbi hissənin texniki diviziya komandirinin maddi texniki təminat üzrə müavini Albert Qriqoryan külli miqdarda mənimsəmədə günahlandırılır.
O, tutduğu vəzifədən sui-istifadə edərək rəsmi sənədlərə saxta məlumatlar daxil etməklə 890 min dram dəyərində 2300 litr avtomobil yanacağı, 659 min dram dəyərində 1920 litr dizel yanacağı mənimsəyib. Ümumiyyətlə, onun 1 549 000 dramı dəyərində ziyan vurduğu bildirilir.
Cinayəti törətməkdə Qriqoryana daha 2 nəfər - Harutyun Ağacanyan və Karapet Qevondyan köməklik edib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !