Müdafiə Nazirliyindən orduda yayılan rüşvətxorluq iddiaları ilə bağlı açıqlama veriblər.
Nazirliyin mətbuat xidmətindən ANS PRESS-in sorğusuna cavab olaraq bildiriblər ki, orduda rüşvətxorluq meyilləri müəyyən edilməyib:
“Belə bir hal müəyyən edilməyib”,- deyə Nazirlikdən sorğumuza cavab veriblər.
Nazirliyin mətbuat xidmətindən həmçinin orduda yüksək rütbəli zabitlər arasında rüşvətxorluq meyillərinin yaranmasının qarşısını almaq üçün Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən tədbirlərə də aydınlıq gətiriblər.
Nazirliyin mətbuat xidmətindən sorğumuza cavab olaraq bildiriblər ki, belə hallar müəyyən edilməyib.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanov 23 aprel 2014-cü ildə həbs edilib. Bakı Hərbi Məhkəməsi onun barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçib.
Xatırladaq ki, Ş. Sultanov Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-cü (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
ANS PRESS