Əlahiddə Ümumqoşun Ordunun tabeliyində olan hərbi hissələrdə sürücü vəzifələrində xidmət etmək (işləmək) üçün C, D və E kateqoriyalı sürücülər tələb olunur.Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
50 yaşınadək olan mülki şəxslər, həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları (uyğunsuzluqla ehtiyata buraxılanlar istisna omaqla), həmçinin ehtiyatda olan hərbi vəzifəlilər Əlahiddə Ümumqoşun Ordunun Təlim və Tədris Mərkəzinə müraciət edə bilərlər.
Tələb olunan sənədlər:
- şəxsiyyət vəsiqəsinin surəti;
- hərbi biletin surəti;
- tərcümeyi-hal;
- rəngli fotoşəkil (2 ədəd 3x4 və 2 ədəd 4.5x6 sm ölçüdə);
- qeydiyyatda olduğu poliklinikadan (dəri-zöhrəvi, vərəm, ruhi-əsəb, narkoloji xəstəliklərin
olmaması barədə) arayış.
Sənəd qəbulunun həyata keçiriləcəyi ünvan: Naxçıvan Muxtar Respublikası Naxçıvan șəhəri, 1 nömrəli hərbi şəhərcik (Əlahiddə Ümumqoşun Ordunun Təlim və Tədris Mərkəzi).
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !