Azərbaycan Ordusunun ermənilərin nəzarəti altında olan Qazaxın Lələkəndi kəndini azad etmələri barədə ictimaiyyət arasında məlumatlar yayılıb. ANS PRESS-in məlumatına görə, hazırda adı dəyişdirilən Lələkənd Azərbaycanın işğal altında olan Barhudarlı anklavlının girişində yerləşir. Yayılan xəbərlərlə əlaqədar olaraq Qazax Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra başçısının köməkçisi Arif Heydərov ANS PRESS-ə açıqlamasında bu xəbərin yalan olduğunu söyləyib: "Lələkəndin azad edilməsi yalan məlumatdır. Belə məlumatların heç bir əsası yoxdur".A. Heydərov rayonun kəndlərinin ermənilər tərəfindən atəşə tutulması barədə yayılan xəbərlərə də münasibət bildirib: "Əvvələr atışma olurdu. Bu gün də atışma qeydə alınmayıb". Daha sonra o, Qazaxın bəzi kəndlərinin sakinlərinin köçürülüməsi ilə bağlı mətbuatda yayılan xəbərlərə də münasibət bildirib."Kəndlərdə normal həyat davam edir. Sakinlərin köçülməsi barəsində yayılan xəbərlər də yalandır. Elə bir şey yoxdur".
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !