Ordumuz üçün 61 milyon

11:18 | 02.03.2015
Ordumuz üçün 61 milyon

Ordumuz üçün 61 milyon

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna yanvar ayının 1-dək yığılan vəsaitin həcmi açıqlanıb.

ANN.Az-ın Müdafiə Nazirliyinə istinadla verdiyi məlumata görə, mart ayının 1-dək 61 milyon 653 min 116 manat, 211 min 791 ABŞ dolları və 593 avro vəsait yığılıb.

Xatırladaq ki, 1 fevral 2015-ci il tarixinə kimi Yardım Fonduna 60 mln. 904 min 284 manat, 211 min 791 dollar və 593 avro vəsait köçürülüb.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fondun maliyyə mənbəyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə maliyyə köməyi məqsədi ilə Azərbaycanın ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan maliyyə vəsaiti və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalardır.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM