“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin kütləvi informasiya vasitələri üzərində həyata keçirdikləri monitorinqin nəticələrinə əsasən siyahı üzrə 2014-cü ilin geridə qalan dövründə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 68 nəfər təşkil edib.
ANN.Az xəbər verir ki, “Doktrina” JHAM İnformasiya Departamentindən Qafqazinfo-ya daxil olan məlumata görə, “Doktrina” JHAM direktoru Cəsur Sümərinli qeyd edib ki, ötən müddətdə 108 nəfər yaralanıb və ya xəsarət alıb. C.Sümərinli qeyd etdi ki, müvafiq dövrdə dünyalarını dəyişənlərin 24-ü döyüş (erməni gülləsi), 3-ü mina partlayışı, 41-i isə qeyri-döyüş itkiləridir. İlkin məlumatlara görə, döyüş itkilərinin 14-ü 31 iyul-5 avqust tarixlərində cəbhədə baş vermiş gərginliklə bağlıdır.10 – nəfər avtoqəzadan, 1 – nəfər naməlum səbəbdən, 6 nəfər qeyri-nizamnamə (qanunazidd) hərəkətlərindən, 2 nəfər bədbəxt hadisədən (suda boğulma, elektrik cərəyanı), 8 nəfər xəstəlikdən dünyasını dəyişib. 14 nəfər intihar edib (asma, güllələmə). Dünyasını dəyişənlərin 60-ı Müdafiə Nazirliyinin, 3-ü Ədliyyə Nazirliyinin, 2-i Daxili Qoşunların, 3-ü Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularıdır.Yaralılara və xəsarət alanlara gəlincə (108 nəfər) C.Sümərinli bildirdi ki, onların 21-i qeyri-nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan) 8-i intihara cəhddən, 25-i erməni gülləsindən (10 nəfəri 31 iyul-5 avqust tarixlərində cəbhə xəttində baş vermiş gərginliklə əlaqəlidir), 9 nəfər mina partlayışından, 3 nəfər qumbara partlayışı, 2 nəfər təlimdə, 37-si avtoqəza nəticəsində, 2 nəfər bədbəxt hadisədən (elektrik cərəyanı, yanıq) yaralanıblar və ya xəsarət alıblar. 1 nəfər zəhərlənib. 93 nəfər Müdafiə Nazirliyinin hərbi qulluqçusu, 7 nəfər Daxili Qoşunlar, 7 nəfər Dövlət Sərhəd Xidmətinin, 1 nəfərsə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin mühafizə alayının hərbi qulluqçusudur. Yaralıların və xəsarət alanların bir çoxu xidmət yerinə qayıdıblar.Müvafiq dövrdə 1 nəfər hərbi çağırışçı avtomobil qəzasından dünyasını dəyişib.Ötən dövrdə Azərbaycanın 15 mülki vətəndaşı erməni tərəfinin gülləsindən yaralanıb, 2 nəfərsə dünyasını dəyişib. 2 Azərbaycan mülki vətəndaşı Ermənistan tərəfindən girov götürülüb. Eyni zamanda 3 Ermənistan mülki vətəndaşı Azərbaycan tərəfə əsir düşüb (hər üçü qaytarılıb).ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !