Ordumuzun vurduğu “Mi-24”ün texniki göstəriciləri – 8-12 milyon

17:07 | 12.11.2014
Ordumuzun vurduğu “Mi-24”ün texniki göstəriciləri – 8-12 milyon

Ordumuzun vurduğu “Mi-24”ün texniki göstəriciləri – 8-12 milyon

Bu gün cəbhənin Ağdam istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus olan və qoşunlarımızın mövqelərinə hücum edərkən vurulan “Mi-24” hərbi helikopterinin texniki göstəriciləri bəlli olub. “Qafqazinfo” xəbər verir ki, “Mi-24” hərbi təyyarələri 1972-ci ildən bəri Moskva Vertolyot Fabriki tərəfindən istehsal olunur və hücum təyyarəsidir. Gövdəsi sağlam zirehlə təchiz edilib. 12.7 mm-lik zenit raket mərmisinə davamlıdır. Nüvə, qaz və kimyəvi maddələrə qarşı qoruması var. 12.7 mm-lik bir topa malikdir, idarə olunan anti-tank mərmisi və 57 mm-lik raket ata bilir. Təyyarə 8 nəfər ekipaj üzvü və yük daşıma imkanına malikdir. Çəkisi yüksüz 8.5 tondur. Uzunluğu 17.5 m, eni rotorla birlikdə 17.3 m-dir. İki pilot tərəfindən idarə olunur. Sürəti 345 km/s-dir. Əsas silahı 12.7 mm-lik YKB-12.7 Yakuşev-Borzov çox lüləli pulemyotdur. Qiyməti 8-12 milyon dollar arasındadır.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM