Ordumuzun yaradılmasının ildönümü münasibətilə keçiriləcək tədbirlərin siyahısı

11:30 | 25.06.2015
Ordumuzun yaradılmasının ildönümü münasibətilə keçiriləcək tədbirlərin siyahısı

Ordumuzun yaradılmasının ildönümü münasibətilə keçiriləcək tədbirlərin siyahısı

 Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrin yaradılmasının 97-ci ildönümü münasibətilə keçiriləcək tədbirlərin siyahısını açıqlayıb.  

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişinə əsasən Əlahiddə Ümumqoşun Ordusu, birlik, birləşmə, hərbi hissə, xüsusi təyinatlı təhsil müəssisələri və qarnizon (Bakı, Gəncə, Lənkəran və Naxçıvan) zabitlər evlərində tədbirlər planlaşdırılıb. 

Plana uyğun olaraq Şəhidlər Xiyabanları ziyarət olunur, Silahlı Qüvvələr və müharibə veteranlarının şəxsi heyətlə görüşləri təşkil edilir, yerli icra hakimiyyəti rəhbərliyinin, ictimaiyyət nümayəndələrinin, veteran təşkilatlarının, mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə silsilə mədəni-kütləvi tədbirlər keçirilir, şəxsi heyətin təntənəli keçidləri, hərbi orkestrlərin parklarda çıxışları, ordu haqqında filmlərin nümayişi və digər silsilə tədbirlər reallaşdırılır. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM