Ordumuzun yaralı əsgəri dünyasını dəyişdi

10:30 | 04.08.2014
Ordumuzun yaralı əsgəri dünyasını dəyişdi

Ordumuzun yaralı əsgəri dünyasını dəyişdi

Azərbaycan Ordusunun son günlər cəbhədə verdiyi itkilərin sayı 13-ə çatıb.APA-nın Qarabağ bürosunun məlumatına görə, iyulun 31-dən avqustun 1-ə keçən gecə düşmənin hücumunu dəf edərkən yaralanan hərbçilərdən biri, 1996-cı il təvəllüdlü Anar Vidadi oğlu Qarazadə hərbi hospitalda dünyasını dəyişib. A. Qarazadə Biləsuvar rayonunda həqiqi hərbi xidmətə çağırılıb. Onun meyiti doğulduğu Biləsuvar rayonuna aparılıb. Şəhid hərbiçi bu gün torpağa tapşırılacaq. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Nazirliyin mətbuat xidmətindən APA-ya bildirilib ki, həkimlərin səylərinə baxmayaraq, düşmənin kəşfiyyat-təxribat qrupunun müdafiənin ön xəttində yerləşən mövqelərimizdəki postlara basqını cəhdinin qarşısını alarkən ağır yaralanmış əsgər Qarazadə Anar Vidadi oğlunu xilas etmək mümkün olmayıb. Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə əsgər Qarazadə Anar Vidadi oğlu ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif edilib. Müdafiə naziri şəhidin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir!  ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb