Ordusu olmayan dövlətlər - SİYAHI

19:58 | 08.10.2014
Ordusu olmayan dövlətlər - SİYAHI

Ordusu olmayan dövlətlər - SİYAHI

Dünyada elə dövlətlər var ki, onları qoruyacaq orduya malik deyillər. Çünki bu dövlətlərin əhalisinin sayı orduya əsgər verəcək kəmiyyətdə deyil. Başqa səbəblər də var. Bəs bu dövlətlər hansılardır?

ANN.Az saytı dünyadakı 10 belə dövlətin siyahısını təqdim edir:1. Vatikan:Bu dövlətin nəzarətçiləri yalnız dini mərasimlər zamanı fəaliyyət göstərirlər. Vatikanın heç bir hərbi gücü yoxdur.2. Nauru:Bu ölkənin müdafiə ehtiyacını Avstraliya qarşılayır. 3. Kosta Rika: 1948-ci ildə 44 gün davam edən vətəndaş müharibəsindən sonra ordu tamamilə tərxis edildi.4. Müstəqil Samoa Dövləti: Bu ölkənin müdafiə ehtiyacını Yeni Zellandiya qarşılayır.5. Qrenada: 1983-cü ildəki ABŞ işğalından sonra bu ölkədə heç bir hərbi birlik qalmayıb.6. Mauritius: Bu ölkədəki bütün təhlükəsizlik məsələlərini polis çözür.7. Marshall adaları: Bu ölkənın müdafiə ehtiyacını ABŞ Dəniz Qüvvələri qarşılayır.8. Kiribati Respublikası: Bu ölkədə hərbi güc saxlamaq qadağandır.9. Palau Palau: Müdafiə ehtiyacını ABŞ qarşılayır.10. Lixtenşteyn: 1868-ci ildə 80 nəfərlik ordusu tərxis olunandan bəri bu ölkənin tərəfsiz siyasəti indiyədək davam edir.ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti