Ordusu olmayan ölkələr - Fotolar

20:29 | 17.12.2014
Ordusu olmayan ölkələr - Fotolar

Ordusu olmayan ölkələr - Fotolar

Bəzi ölkələr, həm coğrafi strukturu, həm də sahib olduğu dövlət quruluşu ilə əlaqədar olaraq orduya ehtiyac duymur.

ANN.Az ANS PRESS-ə istinadən xəbər verir ki, belə ölkələr sırasında Solomon Adalarının da adı var. Bu ölkə bir neçə deyil, minlərlə adacıqdan ibarətdir. 1893-cü ildə İngiltərənin tabeliyinə daxil olandan sonra Solomon Adaları ciddi bir hərbi gücə ehtiyac duymur.

Ölkədə İkinci Dünya Müharibəsi zamanı bir təhlükəsizlik qüvvəsi yaradılıb. Bu ölkədə sabitliyi təmin edən yeganə orqan isə polisdir.

Kosta Rika da ordusu olmayan dövlətlərdəndir. Bu ölkənin bir zamanlar ordusu var idi. Ancaq 1 dekabr 1948-ci ildə dövlət başçısı Xose Fiqueres Ferrer 2 min adamın ölümünə səbəb olan vətəndaş müharibəsinin ardından ordunu ləğv edib. 1947-ci ildə imzalanan "Amerika Ölkələri Qarşılıqlı Yardım Müqaviləsi" sayəsində Kosta Rikanın təhlükəsizliyi təmin edilir. Bu ölkəyə hücum olarsa, aralarında ABŞ, Çili və Kubanın da olduğu 21 ölkə Kosta Rikanın müdafiəsi üçün hərbi qüvvə yaradacaq.

Ordusu olmayan ölkələr sırasında Samoanın da adı var. Burada ehtiyac olsa belə ordu qurmaq mümkün deyil. Ölkə bunun yerinə müharibə zamanında qorunma və müdafiə üçün dost ölkələrə etibar etmək məcburiyyətindədir. Samoada polis olsa da bu, ölkə daxilində belə təhlükəsizliyi tam təmin edə bilmir.
Digər ölkələrdən fərqli olaraq Palaunun ordusu olmasa da hüquq mühafizə orqanı var. Palau polisi ölkə daxilində sabitliyi qorumaq və hər hansı bir narahatlıq zamanı müdaxilə etmək imkanına malikdir.

Cırtdan dövlətlərdən biri olan Andorrada ordu olmadığı üçün başqa dövlətlərə möhtacdır. 3 iyun 1993-cü ildə imzalan müqaviləyə görə, ölkənin hərbi cəhətdən qorunmasını İspaniya və Fransa təmin edir.

ANN.Az
 








0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti