Orta məktəblərin statusu DƏYİŞDİRİLİR

09:46 | 04.03.2018
Orta məktəblərin statusu DƏYİŞDİRİLİR

Orta məktəblərin statusu DƏYİŞDİRİLİR

"Milli Məclisin Elm və Təhsil komitəsinin 2018-ci il qanunverici işlər planına "Orta ümumtəhsil məktəbləri haqqında” yeni qanun layihəsinin hazırlanması daxil edilib. Hesab edirəm ki, bu qanun layihəsi Azərbaycan təhsilinə öz müsbət töhfəsini verəcək”.

Bunu AzEDU-ya açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyil.

Deputat bildirib ki, yeni qanun layihəsində orta ümumtəhsil məktəblərinin statusu müəyyənləşəcək.

"Azərbayacanda gimnaziya, özəl, dövlət orta ümumtəhsil məktəbləri fəaliyyət göstərir.  Yeni qanun layihəsində isə bunların statusu müəyyənləşəcək . Bu sənəddə həmçinin müəllim-şagird, müəllim-cəmiyyət münasibətləri öz əksini tapacaq. Bundan əlavə, yeni qanun layihəsində özəl  ümumtəhsil məktəblər barədə xüsusi müddəalar olacaq”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti