Oğru gecə saat 4-də girdiyi evdə özünə yemək bişirdi

16:53 | 08.09.2019
ABŞ-da qəribə oğurluq hadisəsi baş verib.
Milli.Az nypost-a istinadla xəbər verir ki, ABŞ-ın Florida ştatında gecə saatlarında evə girən oğru özü üçün səhər yeməyi hazırlayıb.
Fox 13 yazır ki, ev sahibinin dediyinə görə, gecə saat 4-də səsə ayılanda evdə başqa adamın olduğunu bilib. O, səsə doğru getdikdə mətbəxdə cavan oğlanın özünə yemək hazırladığını görüb. Ev sahibinin iddiasına görə, oğru ona "get yat" sözünü də deyib. O, 911-ə zəng vuran zaman oğru evdən qaçıb.
Polis evə girən şəxsi saxlayıb. Polisin verdiyi məlumata görə, 19 yaşlı oğlan həmin vaxt spirtli içkinin təsiri altında olub.

www.anews.az
loading...