Şərqi Türkistanda ötən il olduğu kimi bu il də oruc tutmaq qadağan olunub. Bugünlərdə qadağanı pozan uyğur türkləri öldürülüb. Onları qətlə yetirən Çin polisləridir.
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, Çin hökuməti ötən həftə uyğun türkləri arasında əməliyyat həyata keçirib. Bunun nəticəsində 28 nəfər uyğur türkü qətlə yetirilib.
Çin polisinin iddiasına görə, həmin öldürülən şəxslərin niyyəti terror təşkil etmək olub. Guya bölgənin cənubunda yerləşən Kaşqar şəhərində yerləəşən polis məntəqəsinə hücum olunub və 3 nəfər polsi əməkdaşı öldürülüb. Rəsmi məlumaata görə, polisə hücum edənlər zərərsizləşdirilib və ən azı 15 nəfər öldürülüb.
Artıq uzun müddətdir ki, Şərqi Türküstanda müsəlman dini ayinlərin yerinə yetirilməsinə yasaq qoyulub. Elə bu il də Ramazan ayı boyunca bölgədə yaşayan və Çin Kommunist Partiyasının üzvü olanlar, dövlət strukturunda çalışanlar, müəllimlər, tələbələr oruc tuta, namaz qıla, məscidlərə gedə bilməzlər. Eyni zamanda uyğurların kafe və dukanlarının da oruc saatlarında açıq olması tələb olunub.
Şərqi Türküstanda baş verən yasaqlarla, dini ayrı-seçkiliklə bağlı durum bütün dünyanı narahat etməlidir.
Nuray
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !