Şəhid Orxan Əsgərov II Fəxri xiyabanda dəfn ediləcək - FOTOLAR

12:46 | 28.01.2023
Şəhid Orxan Əsgərov II Fəxri xiyabanda dəfn ediləcək - FOTOLAR

Şəhid Orxan Əsgərov II Fəxri xiyabanda dəfn ediləcək - FOTOLAR

Tehranda Azərbaycan Respublikasının səfirliyinə silahlı hücum nəticəsində şəhid olan baş leytenant Orxan Əsgərovun yas mərasimi keçirilir. 

Yas mərasimi Yeni Yasamal da şəhidin evində təşkil olunub. 

Şəhidin atası Rizvan Əsgərov bildirib ki, oğlunun nəşinin bu gün axşam saatlarında İrandan Azərbaycana gətiriləcək.

"Bu gün 14:00-da təyyarə Bakıdan İrana uçacaq. Cənazə axşam Bakıya gətiriləcək. Dəfnin sabah olacağına özüm qərar vermişəm. Övladım mənimdir, özüm bu qərarı vermişəm”- şəhidin atası bildirib.
 
Şəhidin atası Orxanın orada bir ildən çox xidmət etdiyini bildirib.

Məlumata görə, Orxan Əsgərov ailəlidir. İki övladı var. Qızının 16, oğlunun səkkiz yaşı var. 

Orxan Əsgərov  II Fəxri xiyabanda dəfn olunacaq.

Aytac Zeynalova




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb