Orxan Pamuk Parisdəki karikatura qalmaqalından yazdı

16:59 | 14.01.2015
Orxan Pamuk Parisdəki karikatura qalmaqalından yazdı

Orxan Pamuk Parisdəki karikatura qalmaqalından yazdı

"Söz azadlığına, yaradıcılığa və insan qüruruna qarşı yönələn bu hücuma qarşı dik durmalıyıq".

ANS PRESS-in məlumatına görə, bu sözləri dünya şöhrətli yazıçı, Nobel mükafatı laureatı Orxan Pamuk İtaliyanın "La Repubblica" qəzetinə yazdığı məqaləsində deyib.

O, "Şarli Hebdo" satirik jurnalının redaksiyasına hücumun Avropada islamofobiyanın yayıldığı bir vaxta təsadüf etdiyini yazıb. O, "əminəm ki, Avropa qəzəbini bütün müsəlmanlara yönəltmək kimi bir tələyə düşməyəcək. Bu vəhşi hücumların artmamasına ümid edirəm, amma belə hücumların baş verə biləcəyindən də narahatam", - deyib.

Orxan Pamukun sözlərinə görə, bu hücum Avropada müsəlmanlarla xristianların birlikdə yaşaya bilmək inancını öldürmək üçün edilib.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM