Orxanı polisə satanlar 1 milyon rübl mükafat aldı

13:00 | 25.10.2013
Orxanı polisə satanlar 1 milyon rübl mükafat aldı

Orxanı polisə satanlar 1 milyon rübl mükafat aldı

Moskvada Azərbaycan vətəndaşı Orxan Zeynalovun təqsirləndirildiyi 25 yaşlı Yeqor Şerbakovun qətlinin açılmasına kömək etmiş vətəndaşlar hüquq-mühafizə orqanları tərəfindən vəd olunmuş 1 mln. rubl (30-33 min dollar) mükafatı alıb.APA-nın "İTAR-TASS”a istinadən xəbərinə görə, mükafatı vətəndaşlara Rusiya DİN-in Baş İdarə rəisi Anatoli Yakunin tərəfindən təqdim olunub. Xatırladaq ki, Rusiya paytaxtının Qərbi Biryulevo rayonunda oktyabrın 10-da 25 yaşlı Yeqor Şerbakovun qafqazlı şəxs tərəfindən qətlə yetirilməsi yerli sakinlərin etirazına səbəb olub. Qatilin tapılmasını tələb edən yüzlərlə rus millətçisi və "skinhed”lər Qərbi Biryulevo rayonunda yerləşən "Biryuza” ticarət mərkəzi və "Pokrov” meyvə-tərəvəz bazasına hücum edərək, ticarət mərkəzində və bazarda çalışan Qafqaz və Orta Asyadan olan miqrantları ölümcül döyüblər. Hadisə yerinə xüsusi təyinatlı polis dəstələri yeridilib. "Skinhed”lər polislərə də müqavimət göstərib. Onlar ticarət mərkəzində yerləşən mağazalara, ətrafdakı obyektlərə və avtomobillərə ciddi zərər vurublar. İğtişaş nəticəsində xeyli sayda miqrant və yerli sakin yaralanıb. Y.Şerbakovun qətlində şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalov oktyabrın 15-də Moskva ətrafındakı Kolomna şəhərində saxlanılıb və vertolyotla Moskvaya aparılıb. O, ilkin dindirmə zamanı qətli törətdiyini etiraf etsə də, məhkəmə də bu ifadəni təzyiq altında verdiyini bildirib və ittihamları rədd edib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM