Orxan Zeynalovun işlədiyi bazarın rəis müavini həbs edildi

10:40 | 17.01.2014
Orxan Zeynalovun işlədiyi bazarın rəis müavini həbs edildi

Orxan Zeynalovun işlədiyi bazarın rəis müavini həbs edildi

Rusiyada əsasən qafqazlıların işlədiyi "Brulyova" bazarının rəis müavini polis tərəfindən saxlanılıb. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, o,qanunsuz biznesin təşkilində şübhəli bilinir. Fakt Rusiya Daxili İşlər Nazirliyinin Moskva bölməsi tərəfindən təsdiqlənib. Qeyd edək ki, adıçəkilən şəhərdə Azərbaycan vətəndaşı Orxan Zeynalovun Rusiya vətəndaşı olan Yeqor Şerbakovu öldürdüyü iddia edilməsindən sonra ixtişaşlar baş verib. Ərzaq bazarında, bazarlarda yoxlanışlar "Brulyova"da baş verən hadisədən sonra başlayıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM