Amerika Kino İncəsənət və Elmləri Akademiyasının 91-ci mükafatlandırma mərasimi başa çatıb – "Oskar 2019" laureatları dünən gecə Los-Ancelesdə elan edilib.
Anews.az publika.az-a istinadən xəbər verir ki, ilin ən yaxşı filmi Peter Farrelin "Yaşıl kitab" əsəri olub.
Qaliblərin tam siyahısı belədir:
Ən yaxşı film – "Yaşıl Kitab", rejissor Peter Farrell
Ən yaxşı rejissor - Alfonso Kuaron, "Roma"
Ən yaxşı aktyor - Rami Malek, "Bohemian Rapsodiyası"
Ən yaxşı aktrisa - Olivia Koleman, "Sevimli"
İkinci planda ən yaxşı aktyor - Maherşala Ali, "Yaşıl Kitab"
İkinci planda ən yaxşı aktrisa Recina Kinq, "Əgər Bil küçəsi danışa bilsəydi"
Ən yaxşı ssenari - "Qara Klanoveç", Spayk Li, Çarli Vaçtel, David Rabinoviç, Kevin Uillmott
Ən yaxşı orijinal ssenari - "Yaşıl Kitab", Peter Farrelli, Nik Vallelonge, Bryan Karri
Xarici dildə ən yaxşı film - "Roma", Alfonso Kuaron, Meksika
Ən yaxşı animasiya filmi – "Spiderman: Kainat"
Ən yaxşı qısa animasiya filmi - "Bao"
Ən yaxşı operator işi - "Roma" (Roma), Alfonso Kuaron
Ən yaxşı montaj - "Bohemian Rapsodiyası", Con Ottman
Ən yaxşı kostyum dizaynı – "Qara Pantera", Rut E. Karter
Ən yaxşı sənət rejissoru işi - "Qara Pantera" , Hanna Biçler, Cey Hart
Ən yaxşı vizual effektlər - "Ayda İnsan"
Ən yaxşı makiyaj və saç düzümü - "Hakimiyyət" Qres Kann, Keyt Bisko və Patrisiya Dehani
Ən yaxşı sənədli film - "Tək yüksəliş"
Ən yaxşı sənədli qısa film - "Nöqtə. Cümlənin sonu", rejissor Raika Zektabçi
Ən yaxşı bəstəkar - "Qara Pantera", Ludviq Yoransson
Ən yaxşı mahnı – "Ulduz doğuldu" , Ledi Qaqa
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !