Azərbacan internet forumunun prezidenti Osman Gündüz bildirir ki, həqiqətən Azərbaycanda tezliklərlə bağlı ciddi problem var. Hər bir radio
televiziya tezlik üzərində oturur. Yəni onlar bəlli bir tezlik əldə edirlər
ondan sonra fəaliyyətə başlayırlar. Azərbaycanda isə tezlik Allahın bəxş etdiyi
bir nemətdir. Bizim qanunverciyilə görə bu resurs dövlətə məxsusdur. Bu da bir
neçə yerə bölünür ki, radio televiziya məqsədləri üçün bu tezlikdən istifadə
olunur.
Məsələn əksəri radiolar bölgələrdə yayımlanmır və yaxud müxtəlif tezlik resurslarda bir radio bir
neçə tezlik resursunda fəaliyyət göstərir.
Bunu biabırçılıq adlandıran ekspertin fikrincə, problemin
ikinci tərəfi ondan ibarətdir ki, şimalda, cənubda, ölkənin sərhədlərinə yaxın ərazilərdə
qonşu ölkələrin radioları aktiv fəaliyyət göstərir. Lənkəranda iranın 15
radiosu tutur. Şimala gedirsən Gürcüstan radiolarını eşidə bilərsən. "Bu bizim
radiotezliklərlə bağlı Nəqliyyat Rabitə Yüksək texnologiyarı Nazirliyinin yanında
radiotezliklər dövlət idarəsi , eyni zamanda Nazirlər Kabinetinin yanında
radiotezliklər üzrə dövlət komissiyası var. Biz radiotezliklər
dövlət komissiyasına generallar komissiyası deyirdik. Çünki orda oturanların əksəriyyəti
general idi. Əvvəllər o komissiyanın sədri Abid Şərifov idi. İndi heç kimə məlum
deyil ki, o komissiyanın sədri var yoxsa yox?. Sonradan Abid Şərifovun yerinə
Hacıbala Abutalıbov gəldi və məntiqlə o, olmalı idi. Amma faktiki, Abid Şərifov gedəndən
sonra həmin komissiya başsız qalıb. Hələ də ora bir rəhbər qoyulmayıb. Ona görə
də hesab edirəm ki, bu sahədə problemlər məhz o komissiyadan qaynaqlanır. Milli radio tezliklər dövlət idarəsi
zamanla açıqlamalar verir ki, tezliklərin təmizlənməsi və qorunması ilə
bağlı müəyyən işlər görürlər, amma belə baxanda görmək olur ki, ciddi problemlər
var. Adını çəkdiyim iki qurum mütləq işləri canlandırmalı və normal iş
qurmalıdırlar. Həm düşmən ölkənin radioqurğuları Azərbaycan ərazisində fəaliyyət
göstərməməli, həm də heç olmasa öz radiolarımız normal fəaliyyətini bərpa etməlidirn", deyə Osman Gündüz əlavə etdi.
Onun sözlərinə görə, eyni zamanda bu informasiya təhlükəsizliyi məsələsidir. Əslində Milli Teleradio
Şurası monitoriq keçirməlidir. Nə üçün Azərbaycanın bir milli radio dalğası 40
tezlikdə eşidilməlidir. Bu tamamilə yanlış prosesdir.
Ölkənin adını çəkilməsini istəməyən radişirkətinin rəhbərliyindən isə bildirdilər ki, artıq GMS antenlər həddindən artıq çox olduğundan radio dalğalara əks təsirlər gəlir.
Yüksək mərtəbəli binalar da dalğaların qarşısını tutur və yayımda problemlər
yaranır. Ondan ötrü radio dalğaların gücü artmalıdır. Azərbaycanda 2kv dan
yuxarı güc verməyə icazə vermirlər. Ötürücülərin yaşayış yerlərinə yaxın olması buna səbəb kimi gətirilir. Əsində isə radio dalğaların yaxşı tutması üçün minumum 5kv güc
olmalıdır.
Ermənilərin radio dalğalarının Azərbaycan ərazisində yayımlanmasına gəlincə isə ekspertlər bildirdi ki, biz o vaxt Şuşada qoyub gəldiyimiz qüllə çox hündür bir nöqtədə yerləşir və orda 5kv -lıq ötürücü qoyanda Azərbaycanın bir çox aran hissəsini əhatə edirdı. Ağsuda da yeni
bir qüllə qurulub. Sadəcə ora radiolar hələ ötürücülərini qoymayıblar. O bərpa
olunduqdan sonra bütün radiolar həmin ərazilərdə tutacaq. Bu da radioşirkətlərin cibinin böyüklüyündən asılıdır. Çünki hər bir radio şirkət ötürücünü öz vəsaiti hesabına alır . Bu isə kifayət qədər pul deməkdir.
Radio Azərbaycanda ən populyar informasiya ötürmə vasitəsi sayilir. televiziyadan fərqli olaraq biz radioya bir məkanda durmadan qulaq asa və xəbər ala bilərik. Odur ki, bu imkandan tək Bakı və böyük şəhərlərin əhalisi deyil, əyalətlərdə yaşayan insanların da bəhrələnə bilməsinə diqqət yetirilməli, düşmən radioların ölkədə yayımının isə qarşısı alınmalıdır.
Gülnar Nazimqızı
Bizi sosial şəbəkələrdə izləyin !