Ottavada Parlamentlərarası Dostluq Qrupunun görüşü keçirilib

09:32 | 28.11.2013
Ottavada Parlamentlərarası Dostluq Qrupunun görüşü keçirilib

Ottavada Parlamentlərarası Dostluq Qrupunun görüşü keçirilib

Noyabrın 28-də Kanada Parlamentində Kanada-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun illik görüşü keçirilmişdir.Görüşdə, həmçinin, Azərbaycan Respublikasının Kanadadakı səfiri Fərid Şəfiyev iştirak etmişdir.Azərbaycanın Kanadadakı səfliyindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan ilə Kanada arasında siyasi, iqtisadi və bir sıra digər sahələrdə münasibətlərin hazırkı durumu və inkişaf perspektivləri müzakirə olunmuşdur.Görüş zamanı səfir F.Şəfiyev çıxış edərək ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulamış, parlamentlərarası əməkdaşlığın iki ölkə arasındakı əlaqələrin inkişafında önəmli rol oynadığını qeyd etmişdir. Bu baxımdan səfir iki ölkənin millət vəkillərindən ibarət nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin davam etdirilməsinin əhəmiyyətini vurğulamışdır.Görüş zamanı Dostluq Qrupunun sədri Barri Devolin (Barry Devolin) çıxış edərək, Kanadanın Azərbaycanla müxtəlif sahələrdə ikitərəfli əlaqələrin inkişafına əhəmiyyət verdiyini diqqətə çatdırmış, bu ilin aprel ayında kanadalı millət vəkillərindən ibarət nümayəndə heyətinin ölkəmizə uğurlu səfəri barədə məlumat vermiş və səfərlə bağlı öz müsbət təəssüratlarını bölüşmüşdür.Müzakirələr zamanı Ermənistan-Azərbaycan münaqişəsi, regionda geosiyasi vəziyyət, Azərbaycanın digər ölkələrlə əlaqələri və qarşılıqlı maraq kəsb edən bir sıra məsələlərə toxunulmuşdur.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb