10 gün əvvəl Ukrayna tərəfindən saxlanılıb naməlum istiqamətdə aparılan Luqansk meri, yayılan şaiyələrin əksinə olaraq sağ çıxdı və buraxılıb.ANS PRESS-in məlumatına görə, o bu barədə özü Luqansk şəhər icra hakimiyyətinin saytında xəbər verib. Şəhər vətəndaşlarına müraciətdə mer son 10 günü həyatının ən ağır günləri kimi xatırlamaq istəmədiyini və saxlanılma səbəbini hələ ki, açıqlamayacağını deyib.7 avqust tarixində Luqansk şəhər icra başçılığından xəbər verilmişdi ki, mer buraxılış məntəqəsindən “Aydar” batalyonunun əsgərləri tərəfindən saxlanılaraq naməlum istiqamətdə aparılıb. Elə həmin gün Ukrayna KİV məlumat verdi ki, mer Ukrayna baş nazir müavini Vladimir Qroysmanla görüşə gedərkən saxlanılıb.Xatırladaq ki, bu günə kimi Slovyansk meri Neri Ştepada Ukrayna ərazi bütövlüyünə təcavüzdə günahlandırılaraq nəzarətdə saxlanılır.
ANN.Az