• $ 1.7
  • € 1.9359
  • ₽ 0.020852
  • ₺ 0.0444
  • £ 2.2618

Oğurlanan Rolex saatının qiyməti 90 min Avro deyil - səfir Hüseynzadə

Oğurlanan Rolex saatının qiyməti  90 min Avro deyil - səfir Hüseynzadə
07.08.2024 15:32
Azərbaycanın NATO-dakı səfiri Cəfər Hüseynzadə və xanımı  avqustun 5-də Brüsseldə yaşadıqları binaya girərkən iki naməlum şəxsin hücumuna məruz qalaraq qarət ediliblər. Bu barədə səfirin özü mediaya məlumat verib. 
 
"Bu şəxslər biz binanın girişindən içəri girərkən  içəri soxuldu, bizi silah və bıçaqla hədələyərək üzərimizdəki əşyaları onlara verməyi tələb etdilər.  Onlar xanımımın çantasını və qollarımızdakı "Rolex" model saatları götürərək, bizə yüngül xəsarət yetirdilər və qaçdılar”, - səfir deyib.
 
Hadisə bu bazar ertəsi,  saat 15:30 radələrində, Brüsseldəki Stefani  meydanının yaxınlığında baş verib.
 
İlk dəfə bu  hadisə barədə Brüsselin Sudinfo La Capitale nəşri yazıb.

"Bazar ertəsi gündüz saat 15:30-a yaxın Azərbaycanın NATO-dakı səfiri və onun xanımı Brüsseldə Luiza prospektində amansız qarətin qurbanı olublar",  - nəşr yazıb. 
 
Həmçinin səfirin 90 min Avro dəyəri olan Rolex markasına məxsus saatının da oğurlandığı bildirilib. 
 
Amma səfir Azərbaycan mediasına verdiyi müsahibədə saatının  qiymətinin Belçika mediası tərəfindən şişirdildiyini və bundan təəssüfləndiyini bildirib.
 
"Bizə məxsus saatlar "Rolex" markalı olsa da,  metallik və sadə modellər olub”, - səfir vurğulayıb.

Səfirlik Vyana Konvensiyasına uyğun olaraq diplomatların təhlükəsizliyinin təmin edilməsi tələbilə Belçika hakimiyyətinə müraciət edib.
 

N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah pensiyalar artımla birgə veriləcək
Cəmiyyət 14:49
Sabah pensiyalar artımla birgə veriləcək
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Cəmiyyət 13:37
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Cəmiyyət 12:21
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Cəmiyyət 09:49
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Cəmiyyət 20:12
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 13:19
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 10:13
"Ali təhsil haqqında" qanun hazırda müzakirə predmeti deyil - Nazir
Qarabağ universitetində tibb fakültəsi yaradılacaq -  nazir
Cəmiyyət 15:41
Qarabağ universitetində tibb fakültəsi yaradılacaq - nazir
Bu il ilk dəfə hansı fənn müəllimləri imtahan verəcək? - Siyahı
Cəmiyyət 15:17
Bu il ilk dəfə hansı fənn müəllimləri imtahan verəcək? - Siyahı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol