ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, "Boko Haram"ın vaxtilə qaçırdığı və onları terrorçu etməyə çalışdığı uşaqların yeri gizli bir xəbərlə təsbit edilib və onlar ötən noyabr ayında düşərgədən azad ediliblər.
Kamerunlu rəsmilər uşaqların uzun müddət ailələrindən uzaq saxlandığı, onlara əsl adlarının belə deyilmədiyi, terrorçuluqla bağlı çox sayda təlimatların keçirildiyini bildiriblər. Hazırda uşaqlar reabilitasiya keçirlər.
Terrorçu təşkilat "Əl Qaidə"yə bağlı olan və Nigeriya mərkəzli "Boko Haram" təşkilatı bir çox qəsəbəni və kəndləri işğal edib, çox sayda insanları qətlə yetirib. Qonşu Kamerun, Çad və Niger kimi ölkələrin ərazilərinə də hücumlar təşkil edən təşkilatın İŞİD-lə də bağlantılarının olduğu deyilir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !