“Ciddi bir problem yoxdur. Hər kəsin bu dediklərimi oxumasını istəyirəm”. Apasport.az xəbər verir ki, bu sözləri Türkiyə mətbuatına açıqlamasında “Xəzər Lənkəran”ın baş məşqçisi Oğuz Çətin deyib.
Səhhətində yaranan problemlərlə bağlı yayılan xəbərlərə münasibət bildirən türkiyəli mütəxəssis hazırda vəziyyətinin yaxşı olduğunu söyləyib: “Dünən axşam restoranda yediyimiz yeməklərlə bağlı problemlər yaşadıq. Sonra xəstəxanaya getdik. Müayinə olunduq. Ciddi bir şey olmadığı ortaya çıxdı. İndi vəziyyətim yaxşıdır. İnfarkt keçirdiyimlə bağlı yazılanlar yalandır. Bu gün məşqdə komandamın başında olacağam. Texniki heyətdən də 3-4 nəfər zəhərlənmişdi. Onlar da hazırda özlərini yaxşı hiss edirlər”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !