Oğuz və Qəbələdə sakinlər yanacaq tapa bilmir - Deputat/Video

15:29 | 14.11.2023
Oğuz və Qəbələdə sakinlər yanacaq tapa bilmir - Deputat/Video

Oğuz və Qəbələdə sakinlər yanacaq tapa bilmir - Deputat/Video

Oğuzun 8, Qəbələnin 7 kəndində sakinlər yanacaq tapa bilmir. Bunu deputat Aqiyyə Naxçıvanlı deyib.
 
"Bu gün hökumət üzvlərinin burada olmasını nəzərə alaraq deputatı olduğum ərazi üzrə bir neçə məsələni qaldırmaq istəyirəm. Birinci olaraq məsələ qaz çəkilişi ilə bağlıdır. Belə ki, Oğuzun 8, Qəbələnin 7 kəndinin qazlaşdırma problemi hələ də qalmaqdadır. Artıq soyuqlar düşüb. Sakinlər ilə görüşümdə evlərini qızdırmaq üçün yanacaq tapa bilmədiklərindən, qışda vəziyyətin acınacaqlı olduğundan gileylənirlər. Meşələrdə odun çox az limitlə verilir. Verilən odun qışı çıxmağa kifayət etmir. Bu rayonlarda qış çox sərt keçir. Bu nüansları nəzərə almaq lazımdır, çünki meşələrimiz qanunsuz qırılır. İnsanlar çıxılmaz vəziyyətdə olduqlarından bu yolu seçirlər. Belə davam edərsə, bu rayonların meşələri məhv olacaq. Azəriqaz rəhbərliyinin Oğuz və Qəbələnin ucqar kəndlərinin qazlaşma məsələsini diqqətdə saxlamasını və yardımcı olmasını xahiş edirəm",- Millət vəkili noyabrın 14-də Milli Məclisdə büdcə müzakirəsi zamanı bildirib. 

Deputat həmçinin, Oğuzun əksər kənd körpələr evi, uşaq bağçalarıın yararsız vəziyyətdə olduğunu vurğulayıb.
 
"Oğuzda Galud Kənd körpələr Evi-Uşaq Bağçası 1969-cu il yerli inşaat materialları əsasında tikilmiş, köhnə və uyğunlaşdırılmış tədris üçün yararsız binada fəaliyyət göstərirdi. 2015-ci ildə regionda baş vermiş güclü zəlzələ nəticəsində qəzalı vəziyyətə düşüb. Hazırda uşaqların təlim-tərbiyəsi üçün uyğunlaşdırılmış bina yoxdur. Söyüdlü Kənd Körpələr Evi və Uşaq bağçasında, rayonun Xaçmaz Kənd 3 nömrəli Fisincan, Bucaq, Boğaz, Yaqublu, Qumlaq, Şirvanlı, Xalxal Uşaq Bağçalarında da uzun illər əsaslı təmir işləri aparılmadığından binalar yararsız vəziyyətdədir. Uşaqların təlim-tərbiyəsinin əsası bağçalarda qoyulur",- Aqiyə Naxçıvanlı bildirib.
 
Millət vəkili eyni zamanda Oğuzda iş yerlərinin açılmasına ciddi ehtiyac olduğunu söyləyib.
 
"İşsizlikdən gənclər kəndləri tərk edirlər. Gənclərimizin bir yerə toplaşmaq, layihələr hazırlamaq, fikir mübadilələri aparmaq üçün bir məkanı belə yoxdur. Hər il yüksək bal toplayan müxtəlif ali məktəblərə daxil olan oğuz gəncləri görüşlərimdə dəfələrlə bu məsələni qaldırırlar. Bu məsələlər həllini gözləyir. Əlaqədar təşkilatlardan bu məsələlərə diqqət yetirməyi xahiş edirəm” , - deputat əlavə edib.

 
Gülnar Nazimqızı
Aygün Mirakif

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür