Oğuzda avtomobil aşıb, ölən və yaralananlar var - Foto

20:30 | 12.06.2019
Oğuz rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün rayonun Yaqublu kəndi ərazisində qeydə alınıb.
Belə ki, idarəetmədən çıxan "VAZ-2107" markalı 48-BE-233 dövlət qeydiyyat nişanlı avtomobil aşıb.
Hadisə şahidlərinin verdiyi məlumata görə, avtomobildə 5 nəfər olub. Onlardan birinin öldüyü bildirilir.

Yaralanan şəxslər isə Şəki rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

www.anews.az
loading...