Ov qaydalarını pozan xarici ölkə vətəndaşları cəzalandırılıb

18:00 | 19.01.2023
Ov qaydalarını pozan xarici ölkə vətəndaşları cəzalandırılıb

Ov qaydalarını pozan xarici ölkə vətəndaşları cəzalandırılıb

Salyan rayonu, Xıdırlı kəndi ərazisində qanunsuz ov edən əcnəbi vətəndaşlar saxlanılıb.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov  bildirib ki, araşdırma zamanı brakonyerlərin Qətər vətəndaşları Fahad Zayed Maal Shahwanı və Muhammed Ghanım Maal Khayareen olduğu müəyyən edilib.

"Faktla bağlı təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb”, - bildirilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM