“Ovçu” mağazasında qanunsuz silahlar aşkarlandı

14:25 | 15.01.2014
“Ovçu” mağazasında qanunsuz silahlar aşkarlandı

“Ovçu” mağazasında qanunsuz silahlar aşkarlandı

 Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Bakıda “Ovçu” mağazasında əməliyyat keçirib.Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Yasamal rayonu Ş. Qurbanov küçəsində yerləşən “Ovçu” mağazasının anbarına baxış zamanı oranın müdiri, Bakı şəhər sakini Dəyanət İbrahimova və satıcısı Qiyas Zeynalova məxsus, qanunsuz saxladıqları 1 ədəd üzərində nişangahı olan “Tiqr” markalı yivli silah, həmin silah üçün nəzərdə tutulmuş içərisində 5 ədəd patron olan daraq, 1 ədəd üzərində nişangahı olan “Walter” markalı yivli silah, həmin silah üçün nəzərdə tutulmuş 349 ədəd patron və 1 ədəd nişangah aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb