Çoxuşaqlı analar vergi ödəməyəcək, gənc ailələrə 36 min dollar veriləcək

19:18 | 11.02.2019
Çoxuşaqlı analar vergi ödəməyəcək, gənc ailələrə 36 min dollar veriləcək

Çoxuşaqlı analar vergi ödəməyəcək, gənc ailələrə 36 min dollar veriləcək

Macarıstanda çoxuşaqlı anaları vergidən azad etmək qərarına gəliblər. Ölkənin baş naziri Viktor Orban azı dörd uşaq dünyaya gətirən qadınlara belə güzəşt tətbiq edilməsindən danışıb.
Bizimyol.info xəbər verir ki, Orban ölkədə doğuş faizini artırmağı düşündüklərini bildirib. Baş nazir Qərb ölkələrində daha çox miqrasiyaya güvəndiklərini söyləyib, amma Macarıstan başqa yol tutub. Baş nazir "bizə rəqəmlər yox, macar uşaqlar lazımdır” deyib.
Macarıstan hökuməti doğuş faizini artırmaq üçün başqa tədbirlər də görməyi düşünür. Uşaq bağçalarında əlavə yerlər, ailə avtomobilləri üçün subsidiyalar, ümumiyyətlə, maddi yardım nəzərdə tutulur. Məsələn, gənc ailələrə 10 milyon forint (təxminən 36 min dollar) faizsiz pul veriləcək. Ailədə uşaq sayı bəlli vaxtdan sonra üçə çatarsa, həmin pulu geri qaytarmamaq olar.
Macarıstanda əhali dayanmadan azalır. Hər il orta hesabla 32 min nəfər geriləmə olur.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM