PA-dan cəbhədəki vəziyyətlə bağlı açıqlama - VİDEO

16:27 | 04.08.2014
PA-dan cəbhədəki vəziyyətlə bağlı açıqlama - VİDEO

PA-dan cəbhədəki vəziyyətlə bağlı açıqlama - VİDEO

“Ermənistan tərəfi prezidentlərin görüşünün baş tutmaması üçün təxribat törədir”. ANS TV-nin məlumatına görə Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov bildirib ki, ermənilərin milli ordumuzun üzbəüz mövqelərini atəşə tutduğu zaman Azərbaycan prezdenti İlham Əliyev ölkədə olmayıb. Cənab prezident qısamüddətli istirahətdə idi. Eyni zamanda Azərbaycanın müdafiə naziri Zakir Həsənov da vətəndə deyildi. “Belə olan halda ermənilər Azərbaycan Silahlı Qüvvələrinin üzərinə böhtan atır ki, guya diversiya qrupları Ermənistan silahlı qüvvələri olan tərəfə bir neçə dəfə soxulublar. Axı bu heç bir məntiqə uyğun deyil. Əgər belə olsaydı mütləq bu proseslərin təşkili üçün ölkə rəhbərinin razılığı, müdafiə nazirliyinin təşkilatçlığı olardı. Amma onların heç biri Azərbaycanda olmayıb. Buna baxmayaraq, Ermənistan tərəfi hücum planını qurarkən rəhbərin ölkədə olmamasından istifadə edib”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti