PA rəsmisi: “Azərbaycanda korrupsiyanın bünövrəsini Rəsul Quliyev qoyub”

15:26 | 17.05.2014
PA rəsmisi: “Azərbaycanda korrupsiyanın bünövrəsini Rəsul Quliyev qoyub”

PA rəsmisi: “Azərbaycanda korrupsiyanın bünövrəsini Rəsul Quliyev qoyub”

“Azərbaycanda korrupsiyanın bünövrəsini eks-spiker Rəsul Quliyev qoyub”.

Publika.az-ın məlumatına görə, belə açıqlama ilə Prezident Administrasiyası (PA) rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov çıxış edib.PA-nın şöbə müdiri deyib ki, korrupsiya halları dünyanın hər yerində var, o cümlədən ABŞ-n özündə də. Ancaq bunu hər kəs bilməlidir ki, Azərbaycanda korrupsiyanın bünövrəsini eks-spiker Rəsul Quliyev qoyub. Bu gün həmin Rəsul Quliyev yığdığı milyonlar hesabına 20 ildən artıqdır ki, ABŞ-da yaşayır və həmin ölkə tərəfindən himayə olunur. Eyni zamanda, Amerikanın özündə ayda bir dəfə bu və ya digər senator, konqresmen korrupsiya ilə bağlı korrupsiya əməllərində ittiham olunur.Niyə? səfir öz müsahibəsində bunlardan danışmır, ona öz münasibətini bildirmir? Niyə? beynəlxalq QHT-lər, xüsusilə də Azərbaycanı hər addımbaşı tənqid edən, ona böhtanlar yağdıran xarici təşkilatlar bu barədə öz rəylərini bildirmirlər?”. ANN.Az 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM