• $ 1.7
  • € 1.9328
  • ₽ 2.0703
  • ₺ 0.0447
  • £ 2.2559

PA rəsmisindən cəbhə xəttində gərginliyin artmasına münasibət

PA rəsmisindən cəbhə xəttində gərginliyin artmasına münasibət
29.05.2020 04:21
“Ermənistan hakimiyyəti cəbhə xəttində gərginlik yaratmaqla əhalinin diqqətini daxildəki gərgin vəziyyətdən, çətin sosial-iqtisadi durumdan yayındırmaq istəyir”. Bunu APA-ya açıqlamasında Azərbaycan Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib. PA rəsmisi qeyd edib ki, Ermənistanın cəhdlərinə baxmayaraq, bu, mümkün deyil: “Ermənistanın daxilindəki fəlakətli sosial-iqtisadi vəziyyət ölkə iqtidarının yürütdüyü siyasətlə birbaşa bağlıdır və bunu cəbhə bölgəsində gərginlik yaratmaqla ört-basdır etmək olmaz: “Digər tərəfdən, Azərbaycanın həyata keçirdiyi fəal hücum diplomatiyası nəticəsində Ermənistan hakimiyyəti beynəlxalq aləmdə çox çətin durumla üz-üzə qalıb. Artıq əvvəllər olduğu kimi beynəlxalq təşkilatlar qarşısında işğal faktını ört-basdır etmək mümkün deyil. Ermənistan dövlətinə xarici aləmin, xüsusilə nüfuzlu beynəlxalq təşkilatların, Azərbaycana tərəfdaş dövlətlərin təzyiqi getdikcə artır. Ona görə də Ermənistan bu tipli addımlar atmaqla işğalçılıq siyasətini pərdələməyə çalışır. Lakin bütün bu cəhdlər heç bir nəticə verə bilməz. Zaman Azərbaycanın xeyrinə işləyir. Ermənistan hakimiyyəti bölgədəki sülhə, təhlükəsizliyə, dövlətlər və xalqlar arasında sivil birgəyaşayış normalarına əsas maneənin məhz onun həyata keçirdiyi siyasətdən qaynaqlandığını gec-tez anlayacaq”. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əliyev xanımı ilə Çinə rəsmi səfərə gedib
Siyasət 15:59
Əliyev xanımı ilə Çinə rəsmi səfərə gedib
Baş nazirdən Qərar
Siyasət 13:57
Baş nazirdən Qərar
Ruben Vardanyanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilir
Siyasət 11:40
Ruben Vardanyanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilir
Milli Məclisin növbəti iclası başlayıb
Siyasət 11:03
Milli Məclisin növbəti iclası başlayıb
Prezident: Qlobal Cənubun bir hissəsi kimi həmişə onun maraqlarını müdafiə etmişik
Siyasət 21:37
Prezident: Qlobal Cənubun bir hissəsi kimi həmişə onun maraqlarını müdafiə etmişik
Əliyev Çinlə ticarət dövrüyəsindən danışıb
Siyasət 21:03
Əliyev Çinlə ticarət dövrüyəsindən danışıb
Prezident Çinin Sinxua agentliyinə müsahibə verib
Siyasət 20:55
Prezident Çinin Sinxua agentliyinə müsahibə verib
Prezidentin son Sərəncamı 2469 şəxsə şamil olunacaq
Siyasət 19:43
Prezidentin son Sərəncamı 2469 şəxsə şamil olunacaq
Prezidentin sərəncamı ilə Balaxanı Sənaye Parkı genişləndirilir
Siyasət 16:52
Prezidentin sərəncamı ilə Balaxanı Sənaye Parkı genişləndirilir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol