• $ 1.7
  • € 1.9277
  • ₽ 0.020509
  • ₺ 0.0444
  • £ 2.256

Pakistan Baş naziri İlham Əliyevə zəng edib

Pakistan Baş naziri İlham Əliyevə zəng edib
09.04.2024 20:06
Aprelin 9-da Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Pakistanın Baş naziri Ramazan bayramı münasibətilə dövlət başçısını təbrik edib, Azərbaycan xalqına firavanlıq arzulayıb.
Azərbaycan Prezidenti göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib, öz növbəsində bayram münasibətilə Məhəmməd Şahbaz Şərifi təbrik edərək Pakistan xalqına ən xoş arzularını çatdırıb.

Prezident İlham Əliyev, eyni zamanda, Məhəmməd Şahbaz Şərifi yenidən Pakistan İslam Respublikasının Baş naziri vəzifəsinə seçilməsi münasibətilə bir daha təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Pakistanın Baş naziri də İlham Əliyevə prezident seçkilərində qələbəsi münasibətilə bir daha təbriklərini çatdıraraq, ona prezidentlik fəaliyyətində uğurlar diləyib.

Azərbaycan Prezidenti və Pakistanın Baş naziri ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə edərək, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ərdoğan Azərbaycana səfər edəcək
Siyasət 23:30
Ərdoğan Azərbaycana səfər edəcək
ATƏT razılaşdırılan sülh sənədinin mətnini yüksək qiymətləndirir
Siyasət 19:36
ATƏT razılaşdırılan sülh sənədinin mətnini yüksək qiymətləndirir
Bəzi radikal addımlar narahatlıq doğurur - Ceyhun Bayramov
Siyasət 19:29
Bəzi radikal addımlar narahatlıq doğurur - Ceyhun Bayramov
Azərbaycanla ATƏT yaşıl liman layihəsində əməkdaşlıq edə bilər - Nazir
Siyasət 19:10
Azərbaycanla ATƏT yaşıl liman layihəsində əməkdaşlıq edə bilər - Nazir
İki ölkə müraciət edəcəyi təqdirdə ATƏT minaların təmizlənməsinə yardım edə bilər
Siyasət 19:07
İki ölkə müraciət edəcəyi təqdirdə ATƏT minaların təmizlənməsinə yardım edə bilər
Sahibə Qafarova İtaliyaya gedib
Siyasət 18:07
Sahibə Qafarova İtaliyaya gedib
Baş nazir qərar imzalayıb
Siyasət 15:28
Baş nazir qərar imzalayıb
Prezidentlə xanımı Roma Papasının ölümü ilə əlaqədarMüqəddəs Məryəm Ana kilsəsində olub
Siyasət 14:23
Prezidentlə xanımı Roma Papasının ölümü ilə əlaqədarMüqəddəs Məryəm Ana kilsəsində olub
Azərbaycanla enerji və sülh əməkdaşlığı dərinləşir - Kallas
Siyasət 13:55
Azərbaycanla enerji və sülh əməkdaşlığı dərinləşir - Kallas
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol