Pakistan “Save the Children”ı bağlayır

22:36 | 12.06.2015
Pakistan “Save the Children”ı bağlayır

Pakistan “Save the Children”ı bağlayır

Pakistan iyunun 11-də Save the Children təşkilatının ölkəni tərk etməsinə göstəriş verib. Xeyriyyə təşkilatı Pakistan əleyhinə fəaliyyətdə günahlandırılır.

Polis təşkilatın İslamabadda ofisini bağlayıb və xarici işçilərinə 15 gün ərzində ölkəni tərk etmək əmri verib.

Save the Children xəbərdarlıq almadığını bildirib və bu hərəkətə "sərt etiraz” edib.

Pakistan öncə də təşkilatı saxta vaksinasiya proqramı həyata keçirməkdə günahlandırıb, həmin proqramın Osama Bin Laden-in izinə düşmək məqsədilə ABŞ-ın Mərkəzi Kəşfiyyat Agentliyi (CİA) tərəfindən həyata keçirildiyini bildirib.

Qurum CİA və həkim Shakil Afridi ilə heç bir bağlılığı olmadığını bəyan edib. Afridi həmin proqramın icraçısı olub və pakistanlı müstəntiqlərə deyib ki, CIA onu Bin Laden-in izinə düşmək üçün işə cəlb edib.

Pakistan rəsmiləri qrupun ölkədə fəaliyyəti üçün icazənin mayın 15-d bitdiyini bildirib. /Azadliq.org

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM