Pakistanda 25 milyon uşaq məktəbə gedə bilmir- Adnan Waheed

15:28 | 16.05.2024
Pakistanda 25 milyon uşaq məktəbə gedə bilmir-  Adnan Waheed

Pakistanda 25 milyon uşaq məktəbə gedə bilmir- Adnan Waheed

Pakistanda 25 milyon uşaq məktəbə gedə bilmir. Bunu Pakistanın İKT və Rəqəmsal Məhsullar qrupunun direktoru  Adnan Waheed deyib.

"Pakistanda təhsildə böyük bir problem var. 25 milyon uşaq məktəbə getmir. Amma hər bir evdə smartfon olduğunu nəzərə alıb uşaqlar üçün təhsil proqramını avtomalaşdırıb əlçatan etmişik. Oxşar bir platformanı həccə gedən şəxslər üçün də etmişik",- Pakistan rəsmisi "GSMA M360 Eurasia 2024” adlı konfransda panel çıxışında bildirib.

O vurğulayıb ki, Pakistanda işsizlik səviyyəsi yüksək olaraq qalır
 

Bakıda 2 gün müddətinə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi və "Azercell Telekom” MMC-nin baş sponsorluğu ilə "GSMA M360 Eurasia 2024” konfransı keçirilir. Konfransda rəqəmsal dövrün ən aktual tendensiyaları və süni intellektin müxtəlif sahələrə təsiri, həmçinin yaşıl texnologiyalar kimi mühüm mövzuları müzakirə edilir.

 
Gülnar Nazimqızı


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM