Pakistanda istidən 120-dən çox adam öldü

12:31 | 22.06.2015
Pakistanda istidən 120-dən çox adam öldü

Pakistanda istidən 120-dən çox adam öldü

İyunun 20-dən Karaçidə 114, Sindh vilayətində isə 8 nəfər həlak olub

Pakistan rəsmiləri Karaçidə dəhşətli istidən azı 122 nəfərin öldüyünü bildirir.

İyunun 20-dən Karaçidə 114, Sindh vilayətində isə 8 nəfər həlak olub.

Ölkənin cənub limanında istilik 45 dərəcəyə çatıb. 1979-cu ildə 47 dərəcə qeydə alınmışdı.

20 milyon əhalisi olan şəhərin bir neçə hissəsində elektrik enerjisi kəsilib.

Meteoroloqlar iyunun 21-də bildiriblər ki, temperatur növbəti günlərdə düşəcək, ancaq yenə də yüksək həddə qalacaq. Rəsmilər əhalini günün altına çıxmamağa çağırır. /Azadliq.org

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM