Pakistanda ölüm hökmünə qadağa ləğv olunub

16:53 | 17.12.2014
Pakistanda ölüm hökmünə qadağa ləğv olunub

Pakistanda ölüm hökmünə qadağa ləğv olunub

Pakistanda ölüm hökmünə qadağa aradan qaldırılıb.

ANN.Az APA-ya istinadən xəbər verir ki, Pakistanın baş naziri Nəvaz Şərif Nazirlər Komitəsinin bu qadağanın ləğv edilməsi qərarını təsdiq edib.

N. Şərif bu addımın ölkədə terrorçuluq dalğasının güclənməsi ilə əlaqədar atıldığını vurğulayıb: "Dünən Peşəvərdə baş vermiş hadisə faciədir. Biz öz uşaqlarımızın amansızcasına qətlə yetirildiyini unutmayacağıq, onların qanı yerdə qalmayacaq. "Taliban”la dialoqda heç bir nəticəyə nail olmadıq və onlarla mübarizə aparmaq qərarına gəldik. Pakistanda terrorçuluğun tamamilə aradan qaldırılmasını istəyirik”.

Xatırladaq ki, dünən "Taliban” silahlılarının hərbi məktəbə hücumu nəticəsində 141 nəfər qətlə yetirilib.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti