Pakistanda məscidin partladılması nəticəsində ölənlərin sayı açıqlanıb

15:43 | 01.02.2023
Pakistanda məscidin partladılması nəticəsində ölənlərin sayı açıqlanıb

Pakistanda məscidin partladılması nəticəsində ölənlərin sayı açıqlanıb

Pakistanda məscidə hücum nəticəsində ölənlərin sayı 100 nəfərə çatıb. Bu barədə xarici KİV-də məlumat yayılıb.

Əyalətin Peşəvər şəhərinin mərkəzində bombanın partlaması nəticəsində 150-dən çox adam yaralanıb.
 
Partlayış o qədər güclü olub ki, binanın damı uçub.

Ölənlər əsasən əyalət polisinin əməkdaşları olub. 

Yerli Xilasetmə Xidmətinin məlumatına görə, məscidin dağıntıları altından insanların xilas edilməsi əməliyyatı başa çatıb.
 
Hadisə ilə əlaqədar Peşavarın bütün xəstəxanalarında fövqəladə vəziyyət rejimi elan edilib.

Pakistanın paytaxtı İslamabadda rəsmi açıqlama verən baş nazir Şahbaz Şərif "Peşəvər məscidindəki intiharçı hücumu pisləyib".

Pakistan müxalifətinin lideri, keçmiş baş nazir İmran Xan da Twitter hesabında partlayışı pisləyib və bunu "terrorçu intihar hücumu" adlandırıb.

2014-cü ildə Pakistan Talibanının hərbi məktəbə hücumu zamanı çoxu uşaq olmaqla, 150-dən çox insan həlak olmuş və bu, "Milli Fəaliyyət Planı" adlı geniş antiterror kampaniyasına səbəb olmuşdu.

2022-ci ildə Pakistanda 360 terror hadisəsi qeydə alınıb, 973 nəfər həlak olub. Onlardan 180-ni Hayber Paxtunxvada baş verib. Hücumların əksəriyyətini "Təhrik-e Taliban Pakistan" öz üzərinə götürüb.
 
Aytac

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti