Pakistanın Kurram vilayətində tərəvəz bazarında törədilən partlayışda ölən və yaralananların sayı artıb.
APA-nın "Associated Press"-ə istinadən verdiyi məlumata görə, terror aktı nəticəsində həlak olanların sayı 18, yaralananların sayı 51 nəfərə yüksəlib.
***
saat 10.23
Pakistanın Kurram vilayətində tərəvəz bazarında partlayış törədilib.
APA-nın "Dawn" nəşrinə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 12 nəfər həlak olub, 30 nəfər yaralanıb.
Pakistan Ordusunun mətbuat xidməti isə 6 nəfərin həlak olduğunu, 20 nəfərin yaralandığını açıqlayıb.
Hadisə Paraçinar şəhərində bu gün səhər saatlarında baş verib. Partlayışın əldəqayırma qurğu ilə törədildiyi bildirilir.
Partlayışa görə hələlik heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !