Pakistanda qatar qəza törətdi: sürücü və səkkiz şagird öldü

21:42 | 26.11.2013
Pakistanda qatar qəza törətdi: sürücü və səkkiz şagird öldü

Pakistanda qatar qəza törətdi: sürücü və səkkiz şagird öldü

Pakistanın Sind vilayətində sərnişin qatarı uşaqları məktəbə aparan rikşanı vurub.APA-nın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, qəza nəticəsində sürücü və səkkiz uşaq ölüb. Yerli “Geo” TV televiziya kanalının məlumatına əsasən, daha bir neçə məktəbli xəstəxanaya yerləşdirilib, onların vəziyyəti ağır olaraq qalır. Hadisə qurbanları 5-15 yaşlı uşaqlardır.   Polisin məlumatına görə, rikşa yaxınlaşan qatarı görməyərək, dəmiryol keçidinə çıxıb. Rikşa relslər üzərində ilişib, məktəblilər rikşadan düşməyə macal tapmayıblar. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM