Pakistandan isti hava - ölü sayı 800-ü ötdü

19:00 | 24.06.2015
Pakistandan isti hava - ölü sayı 800-ü ötdü

Pakistandan isti hava - ölü sayı 800-ü ötdü

Pakistanda hava tempraturunun 45 dərəcə selsidən yuxarı olması səbəbilə əhali arasında vəziyyət daha da ağırlaşıb. 

ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, son statistika ölü sayının artaraq 800 nəfəri keçdiyini göstərir.

Ölkənin paytaxtı Karaçidə ölənlərin sayı 744 nəfər olduğu dəqiqləşib, digər bölgələrdə isə 38 nəfərin vəfat etdiyi qeydə alınıb. Vəziyyətin kritik olması səbəbilə baş nazir Navaz Şərif qabaqlayıcı tədbirlərin görülməsi üçün bəzi qərarlar alıb.

Əsasən Pakistan ordusunun əsgərlərinə vəziyyətə nəzarət və yerindəcə yardım göstərmək üçün mərkəzlərin qurulması tapşırılıb.

Amma bölgə əhalisi lazımi tədbirlərin görülmədiyi qənaətindədir və hökumətə qarşı etirazlar səsləndirməyə başlayırlar. Eyni zamanda elektrik enerjisinin kəsilməsi səbəbilə kondisionerlər və digər soyuducu texnika işləmir.

Bölgədəki morqlarda yerlərin çatışmadığı bildirilir.




www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM