Pakistanın Səhiyyə naziri koronavirusa yoluxdu

20:00 | 06.07.2020
Pakistanın Səhiyyə naziri koronavirusa yoluxdu

Pakistanın Səhiyyə naziri koronavirusa yoluxdu

Pakistanın Səhiyyə naziri Zəfər Mirzə koronavirus testinin pozitiv nəticələndiyini açıqlayıb.

"Qafqazinfo" xəbər verir ki, Zəfər Mirzə bu barədə öz Tvitter hesabında açıqlama verib. O tövsiyələrə uyğun olaraq özünü təcrid etdiyini və zəruri tədbirləri gördüyünü bildirib. Xəstəliyi yüngül simptomlarla keçirdiyini bildirən nazir "Həmkarlarım, yaxşı işləməyə davam edin. Siz ortaya böyük bir fərq qoyursunuz və mən sizinlə fəxr edirəm",-deyə sözlərinə əlavə edib.

Bununla Pakistanda koronavirusa yoluxan nazirlərin sayı 4-ə çatıb.

Qeyd edək ki, Pakistanda koronavirusa yoluxanların sayı 231 818-ə çatıb, 4762 nəfər isə xəstəlik səbəbindən həyatını itirib

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb