"Ermənistan atəşkəs rejimini pozmaqla sülh prosesinə maneçilik törədir, bu isə regionda sabitlik baxımından həssaslığı daha da artırır".
Bunu Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzinin (CGSS) icraçı direktoru Xalid Teymur Əkrəm Ermənistanın Azərbaycanla sərhəddə çoxsaylı təxribatlar törətməsini şərh edərkən bildirib.
"Hesab edirəm ki, əsas problem Ermənistanın hərəkətlərinin əvvəlki kimi regionda adi insan təhlükəsizliyini nəzərə almamasında və beynəlxalq razılaşmaya uyğun olmamasındadır. Sülhün təmin edilməsi istiqamətində beynəlxalq səviyyədə səy göstərilməsinə baxmayaraq, rəsmi İrəvanın bədxahlığı bu səylərin nəticəsiz qalması təhlükəsi yaradır. Bütün dünya ermənilərin vəhşiliyini və iç üzünü gördü”, - o deyib.
Ekspert həmçinin əlavə edib ki, Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli noyabr bəyanatı regionun geosiyasi konfiqurasiyasını köklü şəkildə dəyişib. Lakin bəyanatdan sonra Ermənistan mina sahələrinin xəritələrini təqdim etməməklə, habelə ekstremistlərin dövlət tərəfindən maliyyələşdirilən fəaliyyətində iştirak etməklə razılaşmanı pozur.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !